Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yüksək Liqada 10-cu turun oyunları keçirildi

Yüksək Liqada 10-cu turun oyunları keçirildi

Tarix: 11 Dekabr 2025 19:18

Bu gün Yüksək Liqada 10-cu turun oyunları keçirilib. Tur çərçivəsində turnir cədvəlinin qonşu pillələrində qərarlaşan komandalar üz-üzə gəlib.

QOL.az xəbər verir ki, debütant və hələ də xalsız olan “Lənkəran” U-19 yığması ilə qarşılaşıb. Gənclər millisi fasiləyədək vurduğu qollarla oyunun taleyini əvvəlcədən həll edib.

Lider “Neftçi” ilə ən yaxın izləyicisi “Araz-Naxçıvan” arasında baş tutan qarşılaşma “Araz-Naxçıvan”ın minimal hesablı qələbəsi ilə yekunlaşıb. Xatırladaq ki, bu komandalar arasındakı ilk dövrə duelində “Neftçi” 5:4 hesablı qələbə qazanmışdı.

“İlk üçlüy”ü tamamlayan “Baku Fire” isə onu yaxından izləyən “Şuşa” üzərində inamlı qələbə qazanıb. 

11 dekabr (cümə axşamı)

13.600. U-19 – Lənkəran (6:1) 8:4

Hakimlər: İmran Məhərrəmov, Elgün Hüseynov, Nihad Bağırov

Qollar: İsmayıl Əhmədov, 0:47, 4:35, 6:53, 23:18, Pünhan Qasımzadə, 4:06, 12:36, Oqtay Mahmudzadə, 4:46, 38:46 // Ömər Kərimli, 3:26 ö/q, Şahin Xəlilov, 30:53, Ümid Qəhrəmanov, 34:47, Rasim Əhmədov, 38:23, Tofiq Məlikov, 39:44

15:00. Neftçi İK – Araz-Naxçıvan (1:2) 4:5

 

Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, Əli Cəbrayılov

Qollar: Lukas Ramos, 18:05, Tofiq Əliyev, 27:13, Allef Maiolli, 30:51, İaqo Hernique, 38:28 // Kamran Hacıyev, 0:43 ö/q, Luicci Lonqo, 19:30, Karlos Bertuola, 24:57, 26:32, 37:58

17:30. Şuşa – Baku Fire (0:4) 2:6

 

Hakimlər: Rza Məmmədov, Mahir Məmmədov, Knyaz Əmiraslanov

Qollar: Rüstəm Bağırov, 33:19, 37:46 // Fərid Abbasov, 3:51, Rüfət Məmmədli, 6:03, 8:43, Nurlan Məmmədov,17:25, Novruz Kazıxanov, 32:20, Kənan Manafov, 36:28

Bombardirlər:

Luicci Longo ("Araz-Naxçıvan") - 21 qol

Rüstəm Bağırov ("Şuşa") -18 qol

İaqo Henrique ("Neftçi" İK) - 16 qol


Etiketlər:  Yüksək Liqada turun oyunları keçirildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ