Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2025 17:56
2025-ci ilin noyabr ayında Azərbaycanda xam neft hasilatı orta hesabla günə 456 min barrel təşkil edib.
Sonxeber.net xəbər verir ki, bu barədə OPEK-in hesabatında qeyd olunur.
Təşkilatın məlumatına əsasən, bu göstərici oktyabr ayı ilə müqayisədə (günə 458 min barrel) və sentyabr ayı ilə müqayisədə (günə 458 min barrel) azalıb.
Bundan əlavə, OPEC bildirir ki, 2025-ci ilin birinci rübündə ölkədə neft hasilatı orta hesabla günə 466 min barrel, ikinci rübdə 461 min barrel, üçüncü rübdə isə 458 min barrel olub.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda 23,043 milyon ton xam neft (qaz kondensatı daxil olmaqla) hasil edilib.
Bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,1 milyon ton və ya 4,6% azdır.
Hesabat dövründə 22,988 milyon ton xam neft hasil edilib ki, bu da əvvəlki illə müqayisədə 1,1 milyon ton və ya 4,6% azdır.