Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2025 16:39
Özbəkistan Respublikasının hərbi nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri davam edir.
Sonxeber.net xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Özbəkistan nümayəndə heyəti ilə birgə Kibertəhlükəsizlik Mərkəzində olub. Burada Azərbaycan Ordusunun arsenalında olan müasir silah sistemi və informasiya texnologiyaları vasitələrinin kibertəhlükəsizliyinin təmin edilməsi istiqamətində yerinə yetirilən fəaliyyətlər, həmçinin kibertəhdidlərə qarşı süni intellekt əsaslı kibermüdafiə vasitələri haqqında geniş məlumat verilib.
Daha sonra Hərbi Hava Qüvvələrinin Döyüşü İdarəetmə Mərkəzi ziyarət olunub. Nümayəndələrə müasir standartlara uyğun idarəetmə sistemləri ilə təchiz olunmuş mərkəzin strukturu, iş prinsipi və fəaliyyət istiqaməti ilə bağlı brifinq təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb.