Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AzMİU-nun 50 illik yubileyi çərçivəsində yeni Təlim-Tədris Mərkəzləri və “İxtisaslaşmış Auditoriya” istifadəyə verildi (FOTO)

AzMİU-nun 50 illik yubileyi çərçivəsində yeni Təlim-Tədris Mərkəzləri və “İxtisaslaşmış Auditoriya” istifadəyə verildi (FOTO)

Tarix: 11 Dekabr 2025 16:28

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) yaradılmasının 50 illik yubileyi münasibətilə mühüm infrastruktur yeniliklərini özündə birləşdirən geniş tədbir keçirilib. Tədbir çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin dəstəyi ilə iki Təlim-Tədris Mərkəzinin, həmçinin Turquoise MMC-nin dəstəyi ilə İnşaat fakültəsində “İxtisaslaşmış auditoriya”nın açılışı baş tutub.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, əziz xatirəsini ehtiramla yad etmişlər.

Mərasim “Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri” fakültəsi və “Mexanika və İnformasiya texnologiyaları” fakültəsində yeni yaradılan Təlim-Tədris Mərkəzlərində davam edib.

Rektor professor Gülçöhrə Məmmədova çıxışında bildirib ki, universitetin 50 illik yubileyi çərçivəsində həyata keçirilən bu layihələr gələcək mütəxəssislərin hazırlığında mühüm əhəmiyyət kəsb edir:

“Bu mərkəzlərin açılışı AzMİU-nun yarım əsrlik yubileyinə həsr olunmuş silsilə tədbirlərin mühüm hissəsidir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəhbərliyinə – xüsusilə Zaur müəllim Mikayılova – göstərilən dəstəyə görə dərin təşəkkürümü bildirirəm. Su təsərrüfatı, meliorasiya və hidrotexniki tikinti sahələrinin bütün istiqamətləri üzrə ölkəmizdə mütəxəssis hazırlayan yeganə ali təhsil müəssisəsi olaraq bu əməkdaşlıq bizim üçün strateji əhəmiyyət daşıyır”.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov, Agentlik rəhbəri cənab Zaur Mikayılovun salamlarını tədbir iştirakçılarına çatdıraraq bildirib ki, Agentlik AzMİU ilə əməkdaşlığı gücləndirmək niyyətindədir:

“Bu Təlim-Tədris Mərkəzlərinin yenidən qurulması bizim əməkdaşlığımızın ilk addımıdır. Su təsərrüfatı və meliorasiya sahəsində bəzi istiqamətlərdə mütəxəssis çatışmazlığı mövcuddur. Bu səbəbdən AzMİU ilə əməkdaşlığın genişləndirilməsi, tələbələrin istehsalat təcrübələrinin Agentlikdə təşkili və elmi-tədqiqat sahələrinin birgə inkişafı xüsusi əhəmiyyət kəsb edir”.

“Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri” fakültəsinin dekanı dossent Elgiz Həsənov yeni mərkəzin Meliorasiya mühəndisliyi və Hidrotexniki tikinti üzrə yüksək hazırlıqlı kadrların yetişdirilməsinə ciddi töhfə verəcəyini vurğulayıb.

“Mexanika və İnformasiya texnologiyaları” fakültəsinin dekanı dossent Sabir Məmmədov isə fakultənin mövcud ixtisaslar haqqında məlumat verərək Agentliklə əməkdaşlığın bu ixtisasların tədris keyfiyyətinin artırılması üçün geniş imkanlar açdığını qeyd edib

Dekan, həmçinin tələbələrin istehsalat təcrübələrinin Agentliklə əməkdaşlıq çərçivəsində daha sistemli və effektiv təşkil olunacağına ümidvar olduğunu bildirib.

Tədbirin davamı olaraq AzMİU-nun İnşaat fakültəsində yeni “İxtisaslaşmış auditoriya”nın açılışı baş tutub. Auditoriya Turquoise MMC-nin dəstəyi ilə müasir standartlara uyğun şəkildə təchiz edilib və ağıllı lövhə ilə təmin olunub.

Şirkətin Baş direktoru Ali İhsan Genç görülən işlərə dair məlumat verib və universitetlə uzunmüddətli əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

Rektor professor Gülçöhrə Məmmədova şirkətə təşəkkür edərək bildirib ki, Turquoise MMC ilə illərdir davam edən əməkdaşlıq nəticəsində AzMİU-da tədris mühitinin modernləşdirilməsi istiqamətində mühüm addımlar atılıb.

Tədbir iştirakçıları yeni mərkəz və auditoriyalarda yaradılmış şəraitlə yaxından tanış olmuş, onların müasir avadanlıq və proqram təminatı ilə təmin olunmasını yüksək qiymətləndirmişlər.

Açılışlardan sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə AzMİU arasında əməkdaşlığın daha da genişləndirilməsi, tələbələrin təcrübə və staj proqramlarının, eləcə də birgə layihələrin artırılması ilə bağlı müzakirələr aparılıb və ilkin razılıq əldə olunub.

AzMİU-nun 50 illik yubileyi çərçivəsində yeni Təlim-Tədris Mərkəzləri və “İxtisaslaşmış Auditoriya” istifadəyə verildi (FOTO) AzMİU-nun 50 illik yubileyi çərçivəsində yeni Təlim-Tədris Mərkəzləri və “İxtisaslaşmış Auditoriya” istifadəyə verildi (FOTO) AzMİU-nun 50 illik yubileyi çərçivəsində yeni Təlim-Tədris Mərkəzləri və “İxtisaslaşmış Auditoriya” istifadəyə verildi (FOTO) AzMİU-nun 50 illik yubileyi çərçivəsində yeni Təlim-Tədris Mərkəzləri və “İxtisaslaşmış Auditoriya” istifadəyə verildi (FOTO) AzMİU-nun 50 illik yubileyi çərçivəsində yeni Təlim-Tədris Mərkəzləri və “İxtisaslaşmış Auditoriya” istifadəyə verildi (FOTO) AzMİU-nun 50 illik yubileyi çərçivəsində yeni Təlim-Tədris Mərkəzləri və “İxtisaslaşmış Auditoriya” istifadəyə verildi (FOTO) AzMİU-nun 50 illik yubileyi çərçivəsində yeni Təlim-Tədris Mərkəzləri və “İxtisaslaşmış Auditoriya” istifadəyə verildi (FOTO) AzMİU-nun 50 illik yubileyi çərçivəsində yeni Təlim-Tədris Mərkəzləri və “İxtisaslaşmış Auditoriya” istifadəyə verildi (FOTO) AzMİU-nun 50 illik yubileyi çərçivəsində yeni Təlim-Tədris Mərkəzləri və “İxtisaslaşmış Auditoriya” istifadəyə verildi (FOTO) AzMİU-nun 50 illik yubileyi çərçivəsində yeni Təlim-Tədris Mərkəzləri və “İxtisaslaşmış Auditoriya” istifadəyə verildi (FOTO) AzMİU-nun 50 illik yubileyi çərçivəsində yeni Təlim-Tədris Mərkəzləri və “İxtisaslaşmış Auditoriya” istifadəyə verildi (FOTO) AzMİU-nun 50 illik yubileyi çərçivəsində yeni Təlim-Tədris Mərkəzləri və “İxtisaslaşmış Auditoriya” istifadəyə verildi (FOTO) AzMİU-nun 50 illik yubileyi çərçivəsində yeni Təlim-Tədris Mərkəzləri və “İxtisaslaşmış Auditoriya” istifadəyə verildi (FOTO) AzMİU-nun 50 illik yubileyi çərçivəsində yeni Təlim-Tədris Mərkəzləri və “İxtisaslaşmış Auditoriya” istifadəyə verildi (FOTO) AzMİU-nun 50 illik yubileyi çərçivəsində yeni Təlim-Tədris Mərkəzləri və “İxtisaslaşmış Auditoriya” istifadəyə verildi (FOTO) AzMİU-nun 50 illik yubileyi çərçivəsində yeni Təlim-Tədris Mərkəzləri və “İxtisaslaşmış Auditoriya” istifadəyə verildi (FOTO) AzMİU-nun 50 illik yubileyi çərçivəsində yeni Təlim-Tədris Mərkəzləri və “İxtisaslaşmış Auditoriya” istifadəyə verildi (FOTO) AzMİU-nun 50 illik yubileyi çərçivəsində yeni Təlim-Tədris Mərkəzləri və “İxtisaslaşmış Auditoriya” istifadəyə verildi (FOTO)


Etiketlər:  AzMİU illik yubileyi çərçivəsində yeni Təlim Tədris Mərkəzləri İxtisaslaşmış Auditoriya istifadəyə verildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ