Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ərimin öncəki evliliyindən olan oğlanları ilə DOSTAM, bizdə qalırlar''

''Ərimin öncəki evliliyindən olan oğlanları ilə DOSTAM, bizdə qalırlar''

Tarix: 11 Dekabr 2025 11:30

Aktrisa və aparıcı Zümrüd Qasımova "Öz aramızda" verilişində qonaq olarkən həyat yoldaşının əvvəlki evliliyindən olan övladları ilə münasibətindən danışıb.

Sonxeber.net xəbər verir ki, onun səmimi etirafları sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Sənətçi həyat yoldaşının keçmiş həyat yoldaşı ilə heç vaxt qarşılaşmadığını və onunla maraqlanmadığını qeyd edib:

"Onun əvvəlki evliliyindən 3 oğlu var. Hamısı bizə gəlib qalır, gedirlər. Onlarla dostam. İstəsələr, elçilik mərasiminə də gedərəm. Çox müasir, xaricdə təhsil almış uşaqlardır, fərqli dünyagörüşləri var. Mən də onların həm bacısı, həm rəfiqəsi kimiyəm", - deyə Qasımova bildirib.

Aparıcı həmçinin ərinin keçmiş xanımı ilə bağlı heç bir marağının olmadığını vurğulayıb:

"Ərimin keçmiş həyat yoldaşı mənə maraqlı deyil, çünki mənə qədər olan bir məsələdir. Onun yenidən ailə qurub-qurmamasından da xəbərim yoxdur. Mənim həyatımı heç cür narahat etmirlər, müdaxilə də etmirlər", - deyə əlavə edib.

Zümrüd Qasımovanın bu açıqlamaları sosial mediada geniş rezonans doğurub.

Hüseyn


Etiketlər:  Ərimin öncəki evliliyindən olan oğlanları ilə DOSTAM bizdə qalırlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ