Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlk evliliyindən olan qızından danışdı

İlk evliliyindən olan qızından danışdı

Tarix: 11 Dekabr 2025 07:35

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu ilə ailəli olan aktrisa Aysel İbrahimova ilk evliliyindən olan övladından danışıb.

Sonxeber.net xəbər verir ki, "Afaqla 10lar" proqramına danışan Aysel qızının onlarla qaldığını bildirib.

"Hüseynin onunla münasibəti çox yaxşıdır. Qızım onu çox sevir, hətta Hüseynə "ata" deyir. O da övladımı çox istəyir. Hüseyn qızıma əsl atadır. Hüseyn dosta, ətrafa, qohumlara çox yaxşıdır" deyə, Aysel əlavə edib.

Qeyd edək ki, bu, həm Aysel, həm də Hüseynin ikinci nikahıdır. Hüseynin birinci evliliyindən 2, Ayselin isə ilk nikahdan bir qız övladı var. Onların birgə nikahdan oğul övladı dünyaya gəlib.  (axşam.az)


Etiketlər:  İlk evliliyindən olan qızından danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ