Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2025 12:56
Çempionlar Liqasının Liqa mərhələsinin 6-cl turunda “Mançester Siti”yə 1:2 hesabı ilə uduzan “Real”da baş məşqçi Xabi Alonsonun gələcək vəziyyəti müəyyənləşib.
QOL.az xəbər verir ki, "Sky Sport" jurnalisti Patrik Berqerin məlumatına görə, Madrid klubu məğlubiyyətə baxmayaraq, Alonsonu istefaya göndərmək fikrində deyil. Mütəxəssis La Liqanın növbəti turunda – dekabrın 14-də keçiriləcək “Alaves”lə oyunda komandanın başında olacaq.
Qeyd edək ki, görüşdən əvvəl ispan mütəxəssisin məhz “Mançester Siti” ilə matçın nəticəsindən sonra postunu itirə biləcəyi iddia olunurdu.
Hazırda “Real” La Liqada ikinci sırada qərarlaşıb və lider “Barselona”dan 4 xal geri qalır.