Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2025 13:24
Xəbər verdiyimiz kimi, "Qarabağ" Bakıda "Ayaks"la qarşılaşması zamanı bir qrup azarkeş gecikdiyinə görə stadiona daxil ola bilməyib.
Sonxeber.net-a bu barədə açıqlama verən "Qarabağ" klubunun Kommunikasiya Departamentinin rəhbəri Anar Hacıyev məsləyə aydınlıq gətirib:
"Bu, beynəlxalq qayda hesab olunur. Bütün matçlarda tətbiq olunur. Oyunlar aşladıqdan 20 dəqiqə sonra stadiona daxil olmaq dayandırılır. Təhlükəsizlik tədbirləri ilə bağlıdır. Dünya təcrübəsində var. Bu barədə rəsmi sosial şəbəkə hesablarımızda da məlumat paylaşılaraq azarkeşlərə xəbərdarlıq edilmişdi. Ancaq buna baxmayaraq, gecikən azarkeşlər müraciət etdikdə mümkün qədər kömək etməyə çalışırıq".
--------
11:46
Xəbər verdiyimiz kimi, UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turu çərçivəsində "Qarabağ" Bakıda Niderlandın "Ayaks" klubu ilə qarşılaşıb.
Sonxeber.net-ın məlumatına görə, matçda bir neçə azarkeş problemlə üzləşib.
Belə ki, bir qrup azarkeş əllərində 100 manat dəyərində bileti olmasına baxmayaraq, stadiona girişlərinə icazə verilməyib. Buna səbəb isə onların matça 15 dəqiq gecikməsi olub.
Yaşanan hal azarkeşlər arasında böyük narazılıq doğurub. Onlar stadion önündən görüntü çəkərək, paylaşımla etiraz ediblər.
Onu da qeyd edək ki, dünyada nüfuzlu futbol turnirlərində qarşılaşmalar başladıqdan 15 dəqiqə sonra azarkeşlər üçün stadionun qapıları bağlanır.