Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2025 13:46
UEFA Çempionlar Liqasının 6-cı turunun "Qarabağ" - "Ayaks" matçında qonaq komanda bu mövsüm yarışdakı ilk qələbəsini (4:2) qazandı.
QOL.az xəbər verir ki, Amsterdam təmsilçisinin bu uğurunda komandanın fanatlarının da böyük rolu oldu.
Niderlandlılar Tofiq Bəhramov adına Respublika Stadionunun qapı arxasındakı tribunaların bir hissəsini tam doldurmuşdular. Onların sayı 1400-dən çox idi. Avropadan bu qədər çox sayda xarici azarkeş Bakıya az halda gəlir.
"Ayaks" azarkeşlərinin bütün matç boyu komandalarına göstərdiyi dəstək isə yaxşı mənada heyrət doğurdu.