Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda 8 şagirdin saqqızdan zəhərləndiyi ehtimal olunur

Bakıda 8 şagirdin saqqızdan zəhərləndiyi ehtimal olunur

Tarix: 11 Dekabr 2025 13:48

14 nömrəli tam orta ümumtəhsil məktəbindən verilmiş məlumatda qeyd olunur ki, dekabrın 11-də məktəbin 8 şagirdi naməlum səbəbdən özlərini narahat hiss edib. Şagirdlərdə ümumi narahatlıq və ürəkbulanma əlamətləri müşahidə edilib.

Bu barədə Sonxeber.net-ə 14 nömrəli tam orta ümumtəhsil məktəbindən məlumat verilib.

Bildirilib ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardıma müraciət olunub və şagirdlər müvafiq səhiyyə müəssisəsinə çatdırılıb.

Həmçinin məktəb rəhbərliyi digər aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verib.

İlkin araşdırmalarla məlum olub ki, şagirdlərdən biri dərsə gələrkən məktəbin yaxınlığındakı marketdən saqqız alıb və sinif yoldaşlarına da verib. Ehtimal olunur ki, saqqıza görə uşaqlar özlərini narahat hiss etməyə başlayıblar.

Məsələ ilə bağlı aidiyyəti dövlət qurumları tərəfindən müvafiq araşdırmalara başlanılıb.

Qeyd olunan şagirdlər müvafiq müayinə və uyğun tibbi prosedurlara cəlb olunub. Vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.


Etiketlər:  Bakıda şagirdin saqqızdan zəhərləndiyi ehtimal olunur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ