Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2025 12:52
Fransa hakimiyyətləri sərt büdcə islahatları şəraitində ukraynalı qaçqınlara mənzil və yardım göstərmə proqramlarını tədricən ixtisar etməyə başlayıb.
Sonxeber.net bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Le Monde” nəşrinin yazdığına görə, büdcə vəsaitlərinə qənaət məqsədilə Fransa hökuməti ukraynalı qaçqınların yerləşdirilməsi üzrə milli proqramı ümumiyyətlə dayandırmağı planlaşdırır.
2025-ci ildə ukraynalı qaçqınlar üçün ayrılmış mənzil fondu 8 mindən 4 min yerə endirilib, halbuki əvvəl bu rəqəm 30 minə çatırdı. Hökumət həmçinin mənzillərin kirayəsi üzrə vasitəçilik proqramından uzaqlaşmaq niyyətindədir. Bu proqram çərçivəsində dövlət mənzilləri icarəyə götürərək ukraynalılara (onlar ödəniş qabiliyyətinə malik olana və icarə müqaviləsini öz adlarına keçirənə qədər) müvəqqəti sığınacaq yeri təmin edirdi.