Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2025 14:00
Xocalı. Trend:
Xocalı rayonunun Şuşakənd, Badara və Ballıca kəndlərinə qayıdan sakinlərə evlərinin açarları təqdim edilib.
Sonxeber.net-in Qarabağ bürosunun xəbərinə görə, mənzillərin açarlarının təqdimat mərasimində Prezidentin Xankəndi şəhərində xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov çıxış edib.
Qeyd edək ki, bununla da ümumilikdə Şuşakəndə 93 ailədən ibarət 341 nəfər, Ballıca kəndinə 237 ailədən ibarət 1054 nəfər, Badara kəndinə isə 43 ailədən ibarət 154 nəfərin daimi qayıdışı təmin edilib.
13:50
xxx
Xocalı rayonunun Şuşakənd, Badara və Ballıca kəndlərinə yola salınan köç karvanı mənzil başına çatıb.
Sonxeber.net-in Qarabağ bürosunun xəbərinə görə, köç karvanı Ağdamın Dördyol adlanan ərazisindən yola salınıb.
Daha sonra doğma yurda köçən ailələrə mənzillərin açarları təqdim ediləcək.
13:25
xxx
Ağdam.Trend:
Xocalı rayonunun Şuşakənd, Badara və Ballıca kəndlərinə növbəti köç karvanı yola salınıb.
Sonxeber.net-in yerli müxbirinin xəbərinə görə, bu mərhələdə Xocalının Badara kəndinə 6 ailə - 18 nəfər, Ballıca kəndinə 9 ailə - 38 nəfər, Şuşakənd kəndinə isə 14 ailə - 51 nəfər köçürülür. Köçürülənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Köçürülmə prosesi Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində əlaqədar dövlət qurumlarının birgə fəaliyyəti ilə həyata keçirilir.
Xəbər yenilənəcək