Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2025 12:48
Fövqəladə Hallar Nazirliyinin kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edib.
Sonxeber.net-in məlumatına görə, müraciət qeyd edilir ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, kiçikhəcmli gəmi istifadəçiləri, o cümlədən balıq ovu ilə məşğul olan şəxslər tərəfindən müvafiq təhlükəsizlik qaydalarına əməl olunmaması nəticəsində arzuolunmaz hallar yaşanır.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir
daha kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edərək gəmilərin
təhlükəsiz istismarı qaydalarına ciddi riayət etməyə çağırır.
"Belə ki, kiçikhəcmli gəmilərin sürücüləri səfərə çıxmazdan əvvəl
gəminin sazlığını, müəyyən olunmuş normaya uyğun xilasetmə və
zəruri avadanlıqlarla təchiz olunmasını təmin etməli, gəminin
sərnişin və yükgötürmə qabiliyyəti üzrə məhdudiyyətləri nəzərə
almalı və sərnişinləri gəmidə təhlükəsizlik qaydaları haqqında
təlimatlandırmalıdır. Həmçinin, səfər vaxtı üçün proqnozlaşdırılan
hava şəraiti öyrənilməli və gəminin üzə biləcəyi maksimal dalğa
hündürlüyü və küləyin sürəti nəzərə alınmalıdır. Yadda saxlamaq
lazımdır ki, yelkənli və mühərrikli qayıqlar yalnız onların gəmi
biletlərində göstərilmiş küləkli və dalğalı hava ilə bağlı
məhdudiyyətlərə riayət etməklə hərəkət edə bilərlər. Kiçikhəcmli
avarlı qayıqların isə küləyin sürəti 7 m/san-dən artıq olduqda
dənizə çıxması qadağandır. Eləcə də dumanda və görmə məsafəsini
məhdudlaşdıran və səmtləri müəyyənləşdirməyin mümkün olmadığı digər
əlverişsiz hava şəraitində kiçikhəcmli gəmilərin hərəkəti
qadağandır. Sərhəd sularında balıq ovu ilə məşğul olmağa və digər
işləri yerinə yetirməyə yalnız günün işıqlı vaxtı icazə verilir", -
məlumatda qeyd olunub.