Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda data mərkəzin qurulması üzrə görülən işlər açıqlanıb

Azərbaycanda data mərkəzin qurulması üzrə görülən işlər açıqlanıb

Tarix: 11 Dekabr 2025 13:04

Qzərbaycanda data mərkəzinin qurulması üzrə işlər uğurla davam etdirilməkdədir.

Bunu Milli Süni İntellekt Mərkəzinin Süni intellekt üzrə məhsul sahibi İbrahim Süleymanov Sonxeber.net-ə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu mərkəzin qurulmasında hesablama proseslərinin aparılması üçün qrafik prosessor modullarına ehtiyac var:

"Avadanlıqlar alınıb və hazırda quraşdırılma işləri gedir. Bu işlər yekunlaşdıqdan sonra öz süni intellekt məhsullarımızı həmin mərkəzdə təqdim edə biləcəyik. Bu isə xərcləri azaldacaq.

Mərkəzdən həm tələbələr istifadə edəcək, həm də müvafiq dövlət strukturlarında istifadə olunacaq süni intellekt məhsulları həmin serverdə quraşdırılacaq. Bu da imkan verəcək ki, dövlət qurumları süni intellekt layihələrini bu avadanlıqlar üzərində apara bilsinlər. Gələn ilin ilk rübündə artıq bu işlərin ilkin nəticələrini görə biləcəyik".


Etiketlər:  Azərbaycanda data mərkəzin qurulması üzrə görülən işlər açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ