Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2025 13:16
Sonxeber.net-ə bildirilib ki, hazırda itkin düşdüyü ehtimal olunan şəxslərin axtarışları FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən müxtəlif istiqamətlərdə davam etdirilir.
İtkin düşmüş hesab edilən balıqçılar Turan Həsənov və Ağadədə Həsənovun axtarışlarına helikopter cəlb olunub.
Qeyd edək ki, rayonun Şahağac kəndi ərazisində balıqçılar dənizə çıxıb və geri qayıtmayıblar. İtkin düşən 1997-ci il təvəllüdlü Turan Həsənov və 1999-cu il təvəllüdlü Ağadədə Həsənovun qohum olduqları bildirilir.