Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Dünya ictimaiyyəti birmənalı olaraq qəbul edib ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır''

''Dünya ictimaiyyəti birmənalı olaraq qəbul edib ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır''

Tarix: 2 Avqust 2020 10:27

İşğalçı ölkənin hazırkı baş naziri Paşinyan hakimiyyətə gəldikdən sonra danışıqlar prosesininin pozulmasına hesablanmış müxtəlif bəyanatlarla çıxış etməyə başladı. Artıq neçənci dəfədir o, bütün danışıqlar formatını, beynəlxalq norma və prinsipləri pozaraq "Qarabağ Ermənistanındır" kimi sərsəm bəyanatlar verir. Bu isə indiyə qədər aparılmış danışıqların prinsipinə və Minsk Qrupunun müəyyənləşdirmiş olduğu normalara ziddir. Çünki dünya ictimaiyyəti birmənalı olaraq qəbul edib ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır.

Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Proseslərin təhlili göstərirdi ki, bu siyasət uzun müddət belə davam edə bilməz və bir müddətdən sonra bu pozucu bəyanatlar səbəbindən Ermənistan ğz təcavüzkar siyasətində tək qalacaq. Çünki bu yanaşma və bəyanatlar heç bir beynəlxalq hüquq normasına sığmır.

Ermənistanın təcrid olunmuş duruma düşməsinin digər bir səbəbi də həyata keçirdiyi faşist siyasətidir. Bu gün Azərbaycanın dünyanın əksər ölkələri ilə yüksək dostluq münasibətləri var. Son hücumda Ermənistan Kollektiv Təhlükəsizlik Təşkilatına güvənirdi. Nacaq bu qurum üzv ölkələrlə Azərbaycannın yüksək əlaqələri var və onların çoxu Azərbaycanın mövqeyini dəstəkləyirlər. Bu məsələdə də ermənilərin cəhdi fiaskoya uğradı və istədiyinə nail ola bilmədi. Çünki Ermənistandan fərqli olaraq Azərbaycanın mövqeyi haqq mövqeyidir. Biz kiməinsə torpaqğına təcavüz etməmişik, torpağına göz dikməmişik.

Onu da qeyd edim ki, işğalçı ölkə baş nazirinin 7 şərtlə ölkəmizə qarşı çıxış etməsi tamamilə absurd məcələdir. Azərbaycan heç bir vaxt separatçı rejimlə danışıqlar aparmayıb və aparmayacaq. Çünki Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal edilib. Ermənistan Azərbaycana qarşı elan edilməmiş müharibəyə başlayıb və torpaqlarımızın 20 faizi hələ də işğaldadır.

Təəssüfkü, Ermənistanda kimin hakimiyyətə gəlməyindən asılı olmayaraq Qarabağ kartından maksimim dərəcədə istifadə etməyə çalışır və Azərbaycana qarşı iddialar irəli sürür. Bütün bunlara baxmayaraq erməni xalqı bilməlidir ki, onlar inkişaf, sülh istəyirlərsə, ilk növbədə torpaqlarımzı işğaldan azad etməlidirlər. Çünki işğal bitməyincə heç bir sülhdən və birgə yaşayışdan danışmaq mümkün deyil".

Ermənistanın yeganə yolu işğal edilmiş Azərbaycan torpaqlarından silahlı birləşmələrini geri çəkməkdir. Əks halda Azərbaycan müharibə yolu ilə işğal edilmiş ərazilərini azad edəcək və ərazi bütövlüyünü təmin edəcək. Əgər Ermənistan təcriddən azad olmaq istəyirsə tezliklə Azərbaycan torpaqlarını işğaldanb azad etməlidir.


Etiketlər:  Dünya ictimaiyyəti birmənalı olaraq qəbul edib Dağlıq Qarabağ Azərbaycan torpağıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ