Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Onun Zidanla problemlərinin olması cansıxıcıdır” - Vidal

“Onun Zidanla problemlərinin olması cansıxıcıdır” - Vidal

Tarix: 2 Avqust 2020 13:36

"Barselona"nın yarımmüdafiəçisi Arturo Vidal "Real"ın futbolçusu Xames Rodriqeslə bağlı açıqlama verib.

Milli.Az sportinfo-a istinadən xəbər verir ki, Rodriqesin "kral klubu"ndakı vəziyyəti barədə danışan Vidal, onun şans qazanmaması barədə bunları deyib:

"Xameslə mən "Bayern Münich"də inanılmaz dostluq qurduq. Onunla birlikdə tətil edirik, hər zaman danışırıq. Onun Zinəddin Zidanla problemlərinin olması cansıxıcıdır.

Xamesin bu komandada start heyətdə oynamaq üçün yüksək səviyyəsi var. Bu mövsümdə ona niyə şans vermədilər, bilmirəm. Ümid edirəm ki, Xames karyerası ilə bağlı ən doğru qərarı verər və mütəmadi oynamağa başlayar.

Məncə, insanlar, futbol azarkeşləri səviyyəli futbolçuları meydanda görməyi çox sevirlər və Rodriqes də onlardan biridir. O, inkişaf etmək, futbol oynamaq üçün yeni klub tapmaq məcburiyyətindədir".

Milli.Az


Etiketlər:  Onun Zidanla problemlərinin olması cansıxıcıdır Vidal


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ