Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Avqust 2020 15:06
Türkiyənin "Qalatasaray" klubu yeni futbolçu ilə anlaşıb.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, İspaniyanın "Atletik" klubunun qapıçısı İaqo Herrerin karyerasını İstanbul təmsilçisində davam etdirəcək.
Əsas qolkiperi Fernando Muslera zədələndiyi üçün bu mövqeyə oyunçu axtaran "sarı-qırmızılar" ispaniyalını icarəyə götürmək barədə razılıq əldə edib. Bilbao klubu ilə müqaviləsi 2021-ci ilin yayında başa çatacaq İaqo bir il icarədə olduqdan sonra azad agent olacaq.
Qeyd edək ki, Herrerin son mövsümdə cəmi 9 matçda meydana çıxıb.