Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Ramos" "Real"a dəstək olacaq

Tarix: 2 Avqust 2020 18:34

"Real"ın futbolçusu Serxio Ramos Çempionlar Liqasının 1/8 finalında "Mançester Siti" ilə səfər oyununa gedəcək.

Qol.az "Marca"ya istinadən xəbər verir ki, ispan müdafiəçi cəzalı duruma düşdüyü üçün sözügedən görüşdə oynamayacağına baxmayaraq, komandasında dəstək olmaq istəyir. Bildirilib ki, o, özünü komandanın lideri kimi göstərməyi düşünür. Ramos "Real"ın ilk görüşdə "Mançester Siti"yə məğlubuiyyətini haqsız hesab edir və Madrid klubunun hələ də 1/4 finala yüksələcəyinə inanır.

Qeyd edək ki, "Mançester Siti" - "Real" oyunu avqustun 7-i keçiriləcək. Bu komandalar arasında ilk qarşılaşmada İngiltərə təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.

 


Etiketlər:  Ramos Reala dəstək olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ