Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Braziliyada koronavirusa daha 16 641 nəfər yoluxub

Braziliyada koronavirusa daha 16 641 nəfər yoluxub

Tarix: 4 Avqust 2020 03:40

Bakı. Trend:

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa son iki aya nisbətən ən az yoluxma sayı aşkarlanıb - 16 641 nəfər.

Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 2 750 318 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 561 nəfər ölüb, ölənlərin ümumi sayı 94 665 nəfər təşkil edir.


Etiketlər:  Braziliyada koronavirusa daha nəfər yoluxub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ