Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AMOLED çevik ekranlarının tədarükü 51% artacaq

AMOLED çevik ekranlarının tədarükü 51% artacaq

Tarix: 4 Avqust 2020 08:04

Koronavirus pandemiyası 2020-ci ildə smartfon və displey bazarında komponentlərin tədarük zəncirinin pozulması və istehlak tələbatının azalması ilə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdirib.

Milli.Az ted.az-a istinadən bildirir ki, Omdia şirkətinin analitikləri 2020-ci ilin sonunda smartfonlar üçün nəzərdə tutulan display tədarükünü 1,4 milyarda qədər çatacağını gözləyirlər, bu da əvvəlki il ilə müqayisədə 10% azdır.

Bununla belə, AMOLED-in çevik ekranlarının seqmenti sürətli artım tempini saxlayacaq - onların tədarükü 158 milyondan 238 milyon ədədə qədər artacaq, bu da 51%-lik müsbət dinamikaya uyğun olacaq.

Eyni zamanda, AMOLED sərt ekranlara tələbat 27% azalacaq.

Milli.Az


Etiketlər:  AMOLED çevik ekranlarının tədarükü artacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ