Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Avqust 2020 08:56
Galaxy M31-in təqdimatından 5 ay sonra Samsung şirkəti onun təkmilləşdirilmiş versiyası olan Galaxy M31s-i təqdim etdi. Yeni model Galaxy M31-dən fərqli olaraq bir sıra təkmilləşdirlmiş texniki özəlliklər əldə edib. Onların arasında yenilənmiş əsas kamera, ekran və sürətli şarj texnologiyası dəstəyi var. Beləliklə Galaxy M31s smartfonu Full HD+ keyfiyyətli 6.5 düym Super AMOLED ekran əldə edib. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib.
Əsas texniki özəlliklərə gəldikdə isə smartfon 8 nüvəli Exynos 9611 prosessoru, Mali-G72MP3 qrafik çipi, 6/8 GB RAM, 128 GB daxili yaddaş həcmi (512 GB-a kimi microSD dəstəkli), 64 MP (f/1.8 diafraqmalı Sony IMX682 kamera sensoru) + 12 MP (f/2.2 diafraqma, 123 dərəcə bucaq təsviri) + 5 MP (f/2.2 diafraqmalı ToF modul) + 5 MP (f/2.2 diafraqmalı makroobyektiv) dördlü arxa kamera, 32 MP-lik (f/2.0 diafraqmalı Sony IMX616 kamera sensoru) ön kamera və 25 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Barmaq izi skanı texnologiyası smartfonun kənar hissəsində yerləşir. Galaxy M31s modeli One UI 2.0 interfeysli Android 10 əməliyyat sistemi vasitəsilə çalışır. Smartfon 6 avqust tarixində satışa çıxacaq. 6 GB RAM-a sahib model 261$-a, 8 GB RAM-a sahib model isə 288$-a satılacaq.