Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Avqust 2020 09:22
45 ildir ki, Azərbaycanın tarixi musiqi alətləri olan tar və kamançanın hazırlanması ilə məşğulam. Bu alətləri düzəltmək üçün, ilk öncə, onda ifa etməyi bacarmalısan. Çünki bu, bizim tarixi alətlərimizidir, onun hər bir incəliklərini və necə düzgün səslənəcəyini bilməlisən, duymalısan.
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə uzun illərdir, Azərbaycanın tarixi alətlərinin hazırlanması ilə məşğul olan Musa Yaqubov bildirib.
Onun sözlərinə görə, Yaqubovlar nəsli bu işlə 100 ildən artıqdır ki, məşğuldur:
"Bu sənət bizdə nəsildən-nəslə ötürülüb. Sənətə ilk babam yiyələnib, ondan sonra atam, daha sonra isə mən. Hazırda oğlum da bu sənətin içindədir, yalnız o, musiqi məktəbində tar müəllimdir".
M.Yaqubov qeyd edir ki, bir alətin sıfırdan hazırlanması 2-3 il vaxt aparır:
"İlk öncə, soyuq aylarda tarın çanağı hazırlanır. Çanaq hazır olandan sonra tam suyu çıxması üçün qurumağa qoyulur. Tam suyu çıxması üçün iki ilə yaxın vaxt lazımdır. Çanaq tam quruyandan sonra artıq onun digər hissələri də düzəldilərək birləşdirilir".
Usta əlavə edib ki, musiqi alətlərinin hazırlanması elə bir işdir ki, tələsməyi sevmir: "Rahat işləyib, səbirli olmalısan. Tələssən alət sınar, istədiyin kimi alınmaya bilər".
Trend Musa Yaqubovun videomüsahibəsini təqdim edir: