Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

DİN: Rayonlara “icaze.e-gov.az” portalı vasitəsilə icazə alan şəxslər buraxılacaq - YENİLƏNİB

DİN: Rayonlara “icaze.e-gov.az” portalı vasitəsilə icazə alan şəxslər buraxılacaq - YENİLƏNİB

Tarix: 4 Avqust 2020 15:52

15:51

Rayonlara yalnız ölkədaxili hərəkətinə "icaze.e-gov.az" portalı vasitəsilə icazə verilmiş şəxslər buraxılacaq.

Bunu mətbuat nümayəndələrinin sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Trend-ə bildirib.

Onun sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən xüsusi karantin rejimi avqust ayının 31-dək davam edəcək:

"Paytaxt Bakı da daxil olmaqla ölkənin 13 şəhər və rayonunda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunur.

Həmin şəhər və rayonlara giriş və çıxışa nəzarət əvvəlki dövrdə olduğu kimi, xüsusi polis postlarında xidmət aparan polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən həyata keçiriləcək. Postlardan yalnız ölkədaxili hərəkətinə "icaze.e-gov.az" portalı vasitəsilə icazə verilmiş şəxslər və onların nəqliyyat vasitələri buraxılacaq.

Onu da bildirim ki, Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış da eyni qayda ilə tənzimlənir".

---------

13:19

Daxili İşlər Nazirliyi avqustun 5-dən SMS-icazə və portalda icazə sisteminin ləğvindən sonra Bakıdan rayonlara gediş-gəlişin hansı qaydada həyata keçiriləcəyini açıqlayıb.

Sonxeber.net xəbər verir ki, Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov qafqazinfo-ya açıqlamasında bildirib ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna giriş-çıxış əvvəlki qaydada tənzimlənəcək: "Xüsusi polis postları bu 3 şəhərin giriş-çıxışda fəaliyyət göstərəcək. Digər rayon və şəhərlərə gediş-gəliş məhdud olaraq saxlanılır. İcazə sistemi ləğv edildikdən sonra xidməti vəsiqə ilə rayonlara gedişə icazə verilməyəcək. Yalnız dövlət qurumunun və ya özəl müəssisənin rəhbərliyinin verdiyi ezamiyyə vərəqələri əsasında vətəndaşlar rayonlara buraxılacaq. Lakin ezamiyyə vərəqələri ilə də bağlı polis postlarında ciddi araşdırma aparıldıqdan sonra təsdiqini taparsa, icazə verilə bilər. Çünki xidməti fəaliyyətimizdə rast gəlmişik ki, bəzi şirkətlər onlara verilmiş səlahiyyətlərdən sui-istifadə ediblər". 

E.Zahidov əlavə edib ki, Bakıda və digər xüsusi karantin rejimi tətbiq edilmiş şəhər və rayonlarda mobil polis postları fəaliyyətlərini davam etdirirlər: "Həmin əməkdaşlar avqustun 5-dən artıq icazələri yoxlamasalar da, karantin rejiminin digər tələblərinin yerinə yetirilməsinə nəzarət edəcəklər".


Etiketlər:  DİN Rayonlara icazee govaz portalı vasitəsilə icazə alan şəxslər buraxılacaq YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ