Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Almaniyada azarkeşlər tribunaya qayıdır

Almaniyada azarkeşlər tribunaya qayıdır

Tarix: 4 Avqust 2020 21:24

Almaniyada futbol çempionatlarının yeni mövsümdən azarkeşlərin iştirakı ilə keçirilməsi gözlənilir.

Qol.az yerli mətbuata istinadən xəbər verir ki, Almaniya klublar birliyinin (DFL) bununla bağlı hazırladığı təklif paketi klublar tərəfindən qəbul olunub.

Birinci və ikinci Bundesliqadan 36 klub DFL toplantısında azarkeşlərin tribunalara qayıtmasının tərəfdarı olub.

Yeni qaydaya əsasən, stadiona ilin sonuna qədər ancaq ev sahibi komandanın azarkeşləri buraxılmalıdır. Bundan başqa, 31 oktyabra qədər ayaq üstə oyun izləyən azarkeş olmamalıdır və stadionda alkoqollu içkilərin satışına icazə verilməməlidir.

DFL prezidenti Kristian Şeyfert isə toplantıda bildirib ki, yeni mövsümdən azarkeşlərin oyunlara buraxılıb-buraxılmamasına klubların təmsil olunduğu bölgələrin yerli icra orqanları qərar verəcək.

Qeyd edək ki, koronavirus pandemiyasına görə Almaniyada oyunlar may ayından azarkeşsiz keçirilib.
 

 

 

 


Etiketlər:  Almaniyada azarkeşlər tribunaya qayıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ