Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zubir Premyer Liqada 50-ci qolunu vurdu - SİYAHI

Zubir Premyer Liqada 50-ci qolunu vurdu - SİYAHI

Tarix: 19 Oktyabr 2025 14:32

Misli Premyer Liqasının VIII turu Abdullah Zubir üçün əlamətdar olub.

Sonxeber.net Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ"ın fransalı legioneri Premyer Liqada 50-ci qolunu vurub.

O, "Turan Tovuz"la səfər oyununda (2:1) fərqlənib.

Zubir çempionatdakı 193-cü matçında 50-yə çatıb. Bütün qollarını Ağdam klubunda vuran yarımmüdafiəçi ölkə çempionatının yüksək dəstəsində 50 və daha çox qol vuran 42-ci futbolçu olub.

1.Nazim Əliyev - 183

2. Müşfiq Hüseynov - 125

3. Rövşən Əhmədov - 116

4. Qurban Qurbanov -115

5. Samir Ələkbərov - 115

6. Alay Bəhramov - 108

7. Nadir Nəbiyev - 103

8. Xaqani Məmmədov - 102

9. Vadim Vasilyev - 102

10. Kənan Kərimov - 101

11. Musa Qurbanov - 94

12. Fazil Pərvərov - 89

13. Samir Musayev - 88

14. Fərrux İsmayılov - 85

15. İmamyar Süleymanov - 85

16. Samir Əliyev - 84

17. İsmayıl Məmmədov - 76

18. İlham Məmmədov - 74

19. Azər İsayev - 73

20. Paşa Əliyev - 72

21. Badri Kvaratsxeliya - 71

22. Zaur Ramazanov - 70

23. Filip Ozobiç - 67

24. Yunis Hüseynov - 66

25. Vidadi Rzayev - 65

26. Mahir Əliyev - 65

27. Rauf Əliyev - 63

28. Mahmud Qurbanov - 61

29. Ramiz Məmmədov - 61

30. Georgi Adamiya- 61

31. Mahir Emreli - 59

32. Rəşad Abdullayev - 58

33. Davit Volkov - 56

34. Vaqif Cavadov - 53

35. Amil Yunanov - 52

36. Riçard Almeyda - 51

37.Həsən Abdullayev - 51

38. Viktor İqbekoyi - 50

39. Vüqar Qəmbərov - 50

40. Mehman Baxışov - 50

41. Yalçın Bağırov - 50

42. Abdullah Zubir - 50

Zubir həm də "Qarabağ"ın heyətində ümumilikdə 72-ci qolunu vurub. Bütün turnirlərdə 325 matça çıxan fransalı klub tarixinin bombardirləri siyahısında 2-ci yerə yüksəlib.

O, 71 qol vuran Mahir Emrelini arxada qoyub. Zubir yalnız 159 qolun müəllifi olan Müşfiq Hüseynovdan geri qalıb.


Etiketlər:  Zubir Premyer Liqada qolunu vurdu SİYAHI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ