Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AQTA 78 obyektdə qayda pozuntusu aşkarladı

AQTA 78 obyektdə qayda pozuntusu aşkarladı

Tarix: 5 Avqust 2020 16:08

Bakı. İlhamə İsabalayeva - Trend:

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 220 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirib.

Agentlikdən Trend-ə verilən məlumata görə, reyd keçirilən obyektlərdən 78-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.

Bakı şəhəri üzrə:

“Təməl”, “Ümid”, “Venera”, “Ay”, “24 saat”, “Aydın” marketlər, Quliyev Rauf Təşkilat oğluna, Əmiraslanova Şura Nadir qızına, Əliyev Sülfəddin Həsrət oğluna, Əmirov Rövşən Xoca oğluna məxsus ərzaq mağazaları

Digər şəhər və rayonlar üzrə:

Kürdəmir rayonunda Kərimov Vahid Nəbi oğluna, Bəşirov Əlisa Əlmərdan oğluna, Məmmədov Maarif Əlihüseyn oğluna, Qədirov Maşallah Nadir oğluna, Sadıqov Yaşar Xalid oğluna, Qurbanov Vaqif Murad oğluna, Azayev İrşad Habil oğluna, Nuriyev Saleh Səid oğluna, Məmmədov Zahir Ağazahid oğluna məxsus ət satışı mağazaları

Ağsu rayonunda Mustafayev Vasif Qəhrəman oğluna məxsus kafe (fəaliyyəti məhdudlaşdırılmışdır), Mahmudov Arif Əlövsət oğluna, Səfərəliyev Yaşar Mürsəli oğluna, Zərbalıyev Rövşən Şakir oğluna, Kərimov Ruslan Mətləb oğluna, Əsgərov Rasim Əsgər oğluna və Əliyev Röyal Soltanəli oğluna məxsus ət satışı mağazaları (son iki müəssisənin fəaliyyəti məhdudlaşdırılmışdır)

Göyçay rayonunda Abdurahmanova Qızbəs İsmayıl qızına, Nəbiyev Məhbub Fərrux oğluna, Rəhimov İlqan Əlif oğluna məxsus kafelər

Şamaxı rayonunda Əhmədov Mehman Əhməd oğluna, Nəcəfov Çingiz Museyib oğluna, Rəhimov Elçin Rafik oğluna, Nəcəfov Natiq Cəfər oğluna, Sadıqov Salman Süleyman oğluna, Musayev Zakir Sovqat oğluna, Allahverdiyev Əlikram Kamran oğluna, Babayev Rəşad Ələmdar oğluna, İbrahimov Seymur Nifdulla oğluna, Şirinov İlqar Durqardaş oğluna, Kərimov Elşad Arif oğluna, Pənahov Əlseyid Abdulla oğluna, Ələkbərov Qahir Sabir oğluna, Musayev Hikmət Sovqat oğluna, Şıxəliyev Əfqan Əmrah oğluna, Abdullayeva Alidə Sirac qızına, Qocayev Vidadi Ərzuman oğluna, Mirzəyev Fuad Təvəkkül oğluna, Mahmudov Nurlan Babaqulu oğluna məxsus ət satışı mağazaları

Sabirabad rayonunda Heydərov Famin Mimaz oğluna, Həsənov Emin Afət oğluna, Süleymanov Fəxri Əsgər oğluna və Nağıyev İlqar Sadıq oğluna məxsus ərzaq mağazaları

Şirvan şəhərində Qasımov Oqtay Qasım oğluna və Tərlanov İsmayıl Xasay oğluna məxsus ərzaq mağazaları

Şabran rayonunda Şabanov İlham Həbibulla oğluna, Hacıyev Laçın Akif oğluna, Ağayev Zahid Sədi oğluna, Mürsəlov Fərid Ramazan oğluna, Əliyev Əmirşah Əlişah oğluna, Xəlilov Cəsarət Akif oğluna məxsus ərzaq mağazaları

Quba rayonunda Abbasov Zaur Abbas oğluna və Bağırov Müşfiq Əsgər oğluna məxsus kafelər, Axundov Hafiz Cabbar oğluna və Əmirbalayev Nazif Nürəddin oğluna məxsus ərzaq mağazaları

Qazax rayonunda “R&T” və “Köz dönər” kafeləri, “Günay” ərzaq mağazası

Ağstafa rayonunda “Samovar” kafe və “Həyat” market

Şəmkir rayonunda “Lappetite”, “Ulu Göyçə”, “Orxan” kafelər, “Min Bir” şirniyyat evi, “Anar”, “El”, “Bizim”, “Azpetrol” və “Çinar” ərzaq mağazaları

Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.


Etiketlər:  AQTA obyektdə qayda pozuntusu aşkarladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ