Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Fənərbağça''nın ispan superulduzu bu modellə SEVGİLİDİR - FOTOlar

''Fənərbağça''nın ispan superulduzu bu modellə SEVGİLİDİR - FOTOlar

Tarix: 4 Oktyabr 2025 03:32

"Fənərbağça"nın futbolçusu Marko Asensio model Lavinia Leonardla münasibətdə olduğunu açıqlayıb.

Sonxeber.net xəbər verir ki, o, sevgilisinin ad günü münasibətilə birlikdə fotosunu paylaşaraq əlaqələrini təsdiqləyib.

Xarici mediada yer alan məlumatlara görə, hələ iyunda cütlük İtaliyanın Sardiniya şəhərində yerləşən dəbdəbəli 7Pines kurortundan oxşar fotolar yayımlamışdı.

Onların ilk dəfə ictimaiyyət qarşısında görünməsi isə fevralın 28-də baş tutub. Həmin gün "Aston Villa" İngiltərə Kubokunda "Kardiff" üzərində qələbə qazanmış və Asensio sevgilisi ilə birlikdə meydanda görüntülənmişdi.

Qeyd edək ki, futbolçu 2024-cü ilin iyununda həyat yoldaşı Sandra Qaral ilə rəsmi şəkildə boşanıb.

Hüseyn


Etiketlər:  Fənərbağçanın ispan superulduzu modellə SEVGİLİDİR FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ