Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Avqust 2020 16:56
Bakı. Trend:
Rusiyada koronavirus infeksiyasının ikinci dalğası oktyabr-noyabr, hava daha soyuq və rütubətli olanda başlaya bilər.
Trend-in məlumatına görə, bunu rusiyalı virusoloq Anatoli Altşteyn proqnozlaşdırıb.
Mütəxəssis bildirib ki, yay aylarında yüksək temperatur fonunda virus fəallığını azaltsa da, kollektiv immunitet yarananadək yoluxmalar davam edəcək.
Qeyd edək ki, Fransada da payız-qış aylarında koronavirusun ikinci dalğasının başlayacağı proqnozlaşdırılır.
Ötən gün almaniyalı mütəxəssislər isə ölkədə ikinci dalğanın artıq başladığını bildiriblər.