Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Avqust 2020 22:00
Amerikada evim var, tez-tez gedib qalıram. Amerika öz piarını elə aparıb ki, hamı ora getməyə can atır. Bütün dünyada insanlar bunu edir. Təbliğatı bacarıblar. Gedirlər, görürlər heç nə yoxdur.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Yaqub Zurufçu "5/5" proqramında qonaq olarkən deyib. ABŞ-a tez-tez gedib gələn sənətçi orada evi olduğunu deyib:
"Amerika vətəndaşıyam. Ölkəmiz sayılıb. Artıq İrana getmirəm. Bir Azərbaycan, bir Amerika vətəndaşıyam. İranlıyam, amma ora mənə lazım deyil.
İndi heç nə önəmli deyil. Dünya bir virus üstündə bağlanıb. Heç kimə pul lazımd eyil. Hamı virusu aradan qaldırmağa çalışır".