Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Avqust 2020 05:51
Bakı. Trend:
Pakistanın Kəraçi şəhərində müxalif "Camaat Ulema-e-İslami" partiyasının mitinqində qumbara partladılması nəticəsində ən az 39 nəfər yaralanıb.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə yerli hakimiyyət nümayəndəsi bildirib.
Məlumata görə, bir nəfərin vəziyyəti ağırdır, yaralananların əksəriyyəti yüngül xəsarət alıb. Bütün zərərçəkənlər ən yaxın xəstəxanalara aparılıb, hadisənin səbəbləri müəyyənləşdirilir. Partlayış Hindistanın Cammu və Kəşmir ştatlarının xüsusi statuslarının ləğv edilməsinin və ərazisinə komendant saatı tətbiq edilməsinin birinci ildönümünə həsr olunmuş mitinqdə baş verib.
5 avqust 2019-cu ildə Nyu Deli Cammu və Kəşmir ştatlarının xüsusi statuslarının ləğv edilməsi və bu bölgədə ştatdan daha az hüquqları olan iki inzibati birliklər yaratmaq qərarını elan etdi. İslamabad bu qərarı qınadı, Hindistanla diplomatik münasibətləri pozdu və ölkədəki səfirini xaric etdi.