Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Avqust 2020 10:32
Azərbaycan hökuməti koronavirus (COVID-19) pandemiyasının yayılma təhlükəsi səbəbindən sərhədlərin bağlanmasına görə müvəqqəti olaraq (xidməti və şəxsi səfərlərlə əlaqədar) Qazaxıstanda qalan daha 18 vətəndaşı ölkəyə gətirib.
Azərbaycanın Aktaudakı Baş konsulluğundan Sonxeber.net-a verilən məlumata görə, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin "Akademik Zərifə Əliyeva" (10 nəfər), "Naxçıvan" (4 nəfər) "Həsən Əliyev" (4 nəfər) bərə gəmiləri ilə yola salınan vətəndaşların hamısı COVID-19 testindən keçirilib.
Qeyd edək ki, ümumilikdə bu günə qədər Baş konsulluq tərəfindən Aktau limanından gəmi ilə 180 nəfər vətənə göndərilib.
Baş konsulluqda Azərbaycana təxliyəni gözləyən vətəndaşların qeydiyyat prosesi davam etdirilir.