Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident İlham Əliyev Lüksemburqun Böyük Hersoqunu təbrik edib

Prezident İlham Əliyev Lüksemburqun Böyük Hersoqunu təbrik edib

Tarix: 22 Iyun 2019 15:06

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Anriyə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Əlahəzrət,

Ölkənizin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Lüksemburq xalqına daim sülh və rifah diləyirəm".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Prezident İlham Əliyev Lüksemburqun Böyük Hersoqunu təbrik edib


RƏYLƏR