Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Noyabr 2025 17:06
Avropa İttifaqının Ermənistandakı Avropa İttifaqı Müşahidə Missiyasının (EUMA) mövcud mandatı 2025-ci ilin yanvarında əlavə iki il müddətinə, yəni 19 fevral 2027-ci il tarixinə qədər uzadılıb.
Sonxeber.net xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono APA və "Armenpress"ə birgə müsahibəsi zamanı deyib.
"Mənim anladığıma görə, əksi tələb olunmadıqca, missiya ən azı mövcud mandatının sonuna qədər fəaliyyətini davam etdirəcək. Mən həmçinin bu fürsətdən istifadə edərək Missiya ilə bağlı bütün yanlış məlumat yayımı hekayələrini qəti şəkildə təkzib etmək istəyirəm. Tammiqyaslı mülki missiya kimi onun məqsədi Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfi üzrə vəziyyəti tam tərəfsizliklə müşahidə etmək və hesabat vermək, həmçinin sərhədin birbaşa yaxınlığında yaşayan cəmiyyətlər arasında etimad yaratmağa töhfə verməkdir. Məsələn, Missiya keçən il ikitərəfli sərhədin ilk seqmenti delimitasiya edildikdən sonra təhlükəsizlik və stabillik mühitinin yaxşılaşması barədə hesabat verib və bu mühitin 2025-ci ilin avqustunda sülh sazişinin ilkin razılaşdırılmasından sonra xeyli artdığı görünür", - o qeyd edib.