Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2019 15:36
Bakı. Elnur Bağışov - Trend:
ABŞ pilotsuz uçan aparatının (PUA) İran ərazisinə keçməsi ilə əlaqədar Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Tehrandakı müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə Trend İranın Xarici İşlər Nazirliyinin informasiya portalına istinadən məlumat verir.
Məlumata görə, PUA ABŞ-ın BƏƏ-dəki hərbi bazasından havaya qalxaraq İran səmasını pozub.
İran XİN-də baş tutan görüşdə, nazirliyin Fars Körfəzi İdarəsinin direktoru Əlirza İnayəti bildirib ki, İslam Respublikası İran ərazisinə istənilən təcavüz üçün əcnəbi qüvvələrə imkanların yaradılmasını qəbul etmir və ölkələr belə hallarda öz məsuliyyətlərindən boyun qaçıra bilməzlər.
Qeyd edək ki, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) 20 iyun səhər saat 04:05 radələrində Hörmüz boğazında İran səmasına keçərək informasiya toplayan ABŞ-ın RQ-4 pilotsuz təyyarəsini vurduğunu elan edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin