Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Avqust 2020 05:40
Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp "TikTok" tətbiqinə qarşı tədbirlər haqqında fərman imzalayıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin mətbuat xidmətindən bildiriblər.
Fərmana əsasən, ABŞ şirkətlərinə "TikTok" tətbiqinin sahibi olan "ByteDance" şirkəti və onun törəmə müəssisələri ilə hər hansı bir əməliyyatın aparılmasını qadağan edilir.
Qadağa fərmanın dərcindən 45 gün sonra qüvvəyə minir.
Bundan əlavə, D.Tramp "WeChat" sosial şəbəkəsinə qarşı tədbirlər haqqında da fərman imzalayıb.
Fərmana əsasən, ABŞ şirkətlərinə "WeChat" sosial şəbəkəsinin sahibi olan "Tencent Holdings" şirkəti ilə hər hansı bir əməliyyatın aparılmasını qadağan edir.