Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Başımı aşağı salıb quşlarıma baxıram - Əli Mirəliyev

Başımı aşağı salıb quşlarıma baxıram - Əli Mirəliyev

Tarix: 7 Avqust 2020 07:30

Hazırda quşlarıma baxıram, istirahət edirəm.

Milli.Az bildirir ki, bunu publika.az-a açıqlamasında müğənni Əli Mirəliyev deyib.

O bildirib ki, quşbaz olsa da, insanlardan daha çox ilham alır: "Toyuqlarım da, itim də, göyərçinlərim də var. Guya mən onlardan ilham alıram? Xeyr. Mən ilhamı insanlardan alıram. Sadəcə olaraq, xalxın uşaqlarına qoşulmuşam, başımı aşağı salıb quşlarıma baxıram. Bu da oturub ölümü gözləmək kimi bir şeydir. Qarabağımız yox, dünyanın vəziyyəti bu gündədir. Dünya dağılır. Beyrutda olan hadisəyə baxın".

O deyib ki, adi maaşa baxır, sadə dolanır: "Hamı necə, mən də elə. Ancaq şikayət etmirəm..."

Milli.Az


Etiketlər:  Basımı asagı salıb quslarıma baxıram Əli Mirəliyev


RƏYLƏR