Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Arsenal''dan Obameyanqa yeni müqavilə

''Arsenal''dan Obameyanqa yeni müqavilə

Tarix: 7 Avqust 2020 09:46

"Arsenal" futbolçusu Pyer-Emerik Obameyanqla yeni müqavilə bağlamağa yaxındır. 

Qol.az "Telegraph"a istinadən  xəbər verir ki, yeni müqavilə imzalanacağı təqdirdə 31 yaşlı hücumçu 2023-cü ilədək "topçular"ın formasını geyinəcək. Onun  həftəlik qazancının isə  250 min  funt-sterliqdən çox olacağı bildirilir.

Qabonlu oyunçunun London təmsilçisi ilə hazırkı müqaviləsi  2021-ci ilin yayında başa çatır.

Qeyd edək ki, 2018-ci ildən "Arsenal"da oynayan  Obameyanq bu mövsüm 36 matça çıxaraq 22 qol vurub və 3 qolun ötürməsi verib.

 

 


Etiketlər:  Arsenaldan Obameyanqa yeni müqavilə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ