Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2019 16:32
Bakı. Trend:
Son zamanlar ölkəmizdə dizayn tədbirlərinin sayı artmaqdadır. Əlbəttə ki, keçirilən dizayn tədbirləri bu sahədə olan inkişafın göstəricisidir. Sonuncu belə bir tədbir “Azerbaijan Design Summit” adı ilə Bakı Gənclər Mərkəzində keçirilib.
Ümumiyyətlə, belə tədbirlər dizayn cəmiyyətini anlamaq üçün böyük vasitədir. Daha çox gənclərin marağına səbəb olan dizayn tədbirləri onların maariflənməsinə, sosiallaşmasına və biliklərini artırmağa kömək edir. “Azerbaijan Design Summit”i təcürbəli spikerlərin faydalı çıxışları, iştirakçıların spikerlərə maraqlı sualları, tədbirin tərkibində elan edilən müsabiqənin qaliblərinin elan edilməsi və onların mükafatlandırılması ilə sonlandırılıb. “Azerbaijan Design Summit”nin təşkilatçı rəhbəri Sərxan Surxayev bu formatda tədbirlərin növbəti illərdə də keçiriləcəyini bildirib.
Hal-hazırda tədbirin Facebook sosial şəbəkəsində “Azerbaijan Design Summit” adlı qrupu fəaliyyət göstərir. Orada iş elanları, yeni tədbirlərin keçirilməsi, dizayn sahəsində yeniliklər aktiv şəkildə paylaşılır.
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin