Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Avqust 2020 11:52
Bakı. Trend:
Belarusda prezident seçkilərində erkən səsvermə prosesində 3 gün ərzində 22,47 faiz seçici iştirak edib.
Trend-in məlumatına görə, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası bildirib.
Ən yüksək seçici fəallığı Qomel vilayətində qeydə alınıb. Burada 3 gün ərzində 30,22 faiz seçici səs verib.
Qeyd edək ki, Belarusda prezident seçkiləri avqustun 9-da keçiriləcək. Hazırkı Prezident Aleksandr Lukaşenko 6-cı dəfə namizədliyini irəli sürüb.