Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Samboçumuz erməniyə qalib gəldi - daha 2 medal

Samboçumuz erməniyə qalib gəldi - daha 2 medal

Tarix: 22 Iyun 2019 18:52

Azərbaycan idmançıları Belarusda keçirilən II Avropa Oyunlarında növbəti medallarını qazanıb.

Qol.az xəbər verir ki, sambo yarışlarında 57 kq çəki dərəcəsində mübarizə aparan Mehman Xəlilov bürünc medal uğrunda görüşdə ermənistanlı Maksim Manukyanla üz-üzə gəlib. Rəqibinə 9:1 hesabı ilə qalib gələn samboçumuz çıxışını medalla başa vurub.

68 kq çəki dərəcəsində yarışan Emil Həsənov isə bolqarıstanlı Martin İvanovu vaxtından əvvəl ağrıdoğurucu fəndlə məğlub edərək, bürünc medal qazanıb.

Qeyd edək ki, samboçularımız bununla Azərbaycanın Avropa oyunlarındakı medal sayını 3-ə çatdırıb. Daha əvvəl akrobatika gimnastikası növündə qarışıq cütlərin dinamik hərəkətlər yarışında 28,830 xal toplayan Ruhidil Qurbanlı-Abdulla Əl-Məsaihi cütlüyü "gümüş" qazanıb.
 


Etiketlər:  Samboçumuz erməniyə qalib gəldi daha medal


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ