Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Avqust 2020 09:32
Bakı. Rufiz Hafizoğlu - Trend:
2020-ci yanvar-iyul aylarında Türkiyənin dünya bazarlarına müdafiə sənayesi məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 29,2 faiz azalaraq 1,062 milyard dollara bərabər olub.
Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Müdafiə sənayesi məhsullarının ixracı Türkiyənin ümumi ixracının 1,2 faizini təşkil edib.
İyul ayında Türkiyə 139,792 milyon dollar məbləğində müdafiə sənayesi məhsulu ixrac edib ki, bu da 2019-cu ilin iyulu ilə müqayisədə 40,2 faiz azdır.
İyul ayında müdafiə sənayesi məhsullarının ixracı Türkiyənin ümumi ixracının 0,9 faizini təşkil edib.
Son 12 ay ərzində (iyul 2019 – iyul 2020) Türkiyə 2,301 milyard dollar məbləğində müdafiə sənayesi məhsulu ixrac edib.