Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2019 23:20
Bakı. Samir Əli - Trend:
Bakıda "Megafun" Əyləncə Mərkəzində insan tələfatı və yanğınla nəticələnən partlayışın baş verməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.
Bunu Trend-ə açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
Onun sözlərinə görə, əyləncə mərkəzində ailə tədbirlərinin birində asılmış helium şarları animatorların ehtiyatsızlığından partlayıb. Nəticədə 2 nəfər azyaşlı və 4 nəfər böyük olmaqla 6 nəfər yüngül bədən xəsarətləri alıb.
Xəsarət alanlara tibbi yardım göstərilib və həyatları üçün təhlükə yoxdur.
Faktla bağlı animatorlar Xətai Rayon Polis İdarəsində dindirilərək izahatları alınıb.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin