Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Avqust 2020 13:46
"Rayo Vallecano" klubunun yeni baş məşqçisi məlum olub.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, Sequnda təmsilçisinin "sükan"ı Andoni İraolaya tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 38 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Futbolçu karyerasında İspaniya milli komandası və "Athletic"də forma geyinən İraola, son olaraq "Mirandes" klubunda məşqçilik edib.
"Rayo Vallecano" Sequndada son mövsümü 7-ci sırada bitirib.