Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Avqust 2020 19:33
Kandilomalar ziyiləbənzər papiloma şəklində olur, sonra birləşir və geniş əsaslı zədələnmə ocaqları yaranır. Qiqant kondiloma üçün ətraf toxumalara doğru proqressiv inkişaf və residivli gediş xarakterikdir.
Diaqnoz:
Kandilomanın aydın şəkildə aşkarlanması onun papilovirus tərəfindən töədildiyini aşkar edir. Uşaqlıq yolu və uşaqlıq boyu zədələndikcə güzgülərlə baxışdan sonra kolonoskopiya qiymətli diaqnostika vasitəsi hesab olunur. Kolonoskopiya zamanı kandilomaların mənzərəsi daha aydın görünür. Müayinə materialı qismində ekzoserviks, uşaqlıq yolu və vulvadan şpatellə götürülmüş yaxmalar, endobraşların köməyi ilə götürülmüş qaşıntılar tətbiq edilir.
Müalicə:
Xəstəliyin müalicəsi prosesin xassəsindən və yanaşı xəstəliklərin nəzərə alınmasına uyğun olaraq aparılır. Eyni zamanda kolpt, servisit, uşaqlıq boynu eroziyası və digər xəstəliklərin müalicəsi vacibdir. Kandilomanın müalicəsi lazeroterapiya ilə daha effektli olur. Kandilomanın müalicəsində dixlorasetat turşusunun zəif məhlulundan yerli olaraq istifadə edilir. İnterferon və imunomodulya edici təsirə malik dərman vasitələrinin, müalicədə effekli olması xəstəliyin virus mənşəli olduğunu təsdiqləyir.