Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı müğənni koronavirusdan vəfat edib

Azərbaycanlı müğənni koronavirusdan vəfat edib

Tarix: 8 Avqust 2020 19:48

Təbrizli müğənni və musiqi müəllimi Cavid Murtəzaoğlu avqustun 6-da Türkiyədə vəfat edib. Türkiyə mediasının bildirdiyinə görə, mərhum sənətkar koronavirus səbəbilə iyul ayının 12-dən bəri İstanbulun Cemil Taşçıoğlu şəhər xəstəxanasında yatırdı.

İran Azərbaycanının ələvi türk cəmiyyətinə mənsub olan müğənni Türkiyədə ifa etdiyi ələvi mahnıları ilə məşhur olmuşdu.

1962-ci ildə Təbrizdə dünyaya gələn Murtəzaoğlu həmin şəhərdə Əli Səlimi, Mahmud Şatıryan, Əli Fərşbaf və Həsən Dəmirçi kimi musiqi ustadlarından dərs aldıqdan sonra, 1993-də Bakı Konservatoriyasında təhsil almaq üçün Azərbaycan Respublikasına mühacirət etmişdi.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, daha sonra Türkiyəyə yerləşən sənətkar uzun müddət yaşadığı İstanbul şəhərində müğənni və musiqi müəllimi kimi fəaliyyət götəriib. İran Azərbaycanının ələvi türk (əhli-haq) icmasına mənsub olan müğənni Türkiyədə ifa etdiyi ələvi mahnıları ilə məşhur olmuşdu.

Türkiyənin "Hürriyet" qəzetində yazılanlara görə, "dünyaca məşhur sənətkar Cavid Murtəzaoğlu caz formatı ilə muğam strukturunu bir araya gətirərək ifa etdiyi musiqi tərzini 'caz-muğam' adlandırırdı."

Türkiyədə Cavid Murtəzaoğlunun vəfat xəbərini dərc edən "Haber Türk", "Sözcü" "Vatan", "Hürriyet" və "Sabah" kimi qəzetlər, həmçinin onun həyat hekayəsi və sənət fəaliyyətləri haqqında geniş məlumat veriblər.

Milli.Az


Etiketlər:  Azərbaycanlı müğənni koronavirusdan vəfat edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ