Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Avqust 2020 20:04
"Barselona"nın kapitanı Lionel Messi koronavirusdan qorunmaq üçün fərqli üsula əl atıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, argentinalı hücumçu anti-koronavirus döşəyində yatır. Belə ki, bu döşəklərin üzəri virusu məhv edən nanohissəciklər yerləşdirilmiş parça ilə örtülüb. Nəticədə hər hansı bir virus 4 saat ərzində məhv edilir. Bu vasitənin koronavirusdan qoruma dərəcəsi 99.84 faiz kimi qiymətləndirilir.
Bundan əlavə döşəklər modelindən asılı olaraq müxtəlif funksiyalara- ayaq masajı və s. xüsusiyyətlərə malikdir.
Xəbərdə o da qeyd edilib ki, Messi döşəklərdən məmnun olduğu üçün onu evlərinin bütün otaqlarına quraşdırıb.