Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İstanbulda bələdiyyə seçkilərində səsvermə başlayıb

İstanbulda bələdiyyə seçkilərində səsvermə başlayıb

Tarix: 23 Iyun 2019 09:56

Bakı. Trend:

İstanbulda təkrar bələdiyyə seçkiləri başlayıb.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, əsas mübarizə Ədalət və İnkişaf Partiyasının namizədi Binəli Yıldırım və Cümhuriyyət Xalq Partiyasının namizədi Əkrəm İmamoğlu arasında gedir.

Qeyd edək ki, martın 31-də Türkiyədə keçirilmiş bələdiyyə seçkiləri zamanı İstanbul bələdiyyə sədri vəzifəsinə müxalif Cümhuriyyət Xalq Partiyasından namizdə olan Əkrəm İmamoğlu 4,169 milyon, hakim Ədalət və İnkişaf Partiyasından namizədliyi irəli sürülmüş Binəli Yıldırım isə 4,156 milyon səs qazanıb.

Hakim partiya İstanbulda səsvemənin nəticəsinə etiraz edib və seçkilərin təkrar keçirilməsi barədə qərar qəbul edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İstanbulda bələdiyyə seçkilərində səsvermə başlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ