Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropa Oyunlarında bu gün yarışacaq idmançılarımız

Avropa Oyunlarında bu gün yarışacaq idmançılarımız

Tarix: 23 Iyun 2019 10:44

Bu gün 2-ci Avropa Oyunlarında  daha bir neçə idmançımız yarışacaq.

Qol.az xəbər verir ki, Belarusun paytaxtı Minskdə təşkil edilən oyunların 3-cü günündə  təmsilçilərimiz akrobatika gimnastikası, bədii gimnastika, boks, cüdo, sambo, şose velosipedində qüvvəsini sınayacaq.

Akrobatika gimnastikası yarışındakı təmsilçilərimiz Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi cütlüyü qarışıq hərəkətlər üzrə qarışıq komandaların yarışında mübarizə aparacaq. Ötən gün  bir gümüş və bir bürünc medal qazanan  gimnastlarımız bu gün də buna cəhd edəcək.

Bədii gimnastika üzrə yığma komandamız üç növdə – üç dairə və dörd gürzlə, beş topla və çoxnövçülük üzrə qrup hərəkətləri yarışlarında medallar uğrunda yarışacaq.

Kişi boksçuların mübarizəsində Rüfət Hüseynov (49 kq) 1/8 finalda İsrailli  David Alaverdiyan ilə qarşılaşacaq. Məsud Yusifzadə (52 kq) isə 1/8 finalda ukraynalı Dmitro Zamotayev ilə görüşəcək. Bəxtiyar Qazıbəyov (64 kq) isə 1/16  finalda Niderland idmançısı Enriko Lakruz ilə üz-üzə gələcək. Həmçinin ötən gün 1/16 finalda Gürcüstan təmsilçisini mübarizədən kənarlaşdıraraq 1/8  finala yüksələn Kamran Şahsuvarlı (75 kq) bu gün İrlandiya təmsilçisi Maykl Nevin ilə qarşılaşacaq.

“Minsk 2019”da Azərbaycan komandasının bayraqdarı - cüdoçu Rüstəm Orucov (73 kq) 1/32  finalda monteneqrolu  Sedriç Bessi ilə qüvvəsini sıanayacaq. Bu çəki dərəcəsində çıxış edən digər cüdoçumuz Hidayət Heydərov  1/32 finalda macarıstanlı Miklos Unqvari ilə üz-üzə gələcək.  Qadın cüdoçularımızdan Nuriyyə Axundova (63 kq) isə 1/32  finalda rumıniyalı Adelina Dobre Stefania ilə qarşılaşacaq.

Sambo yarışlarında üç idmançımız 1/4 finalda mübarizə aparacaq. Ağasif Səmədov (52 kq) litvalı Gintaras Katkus, Cavidan Qarayev (62 kq) yunanıstanlı Savvas Karakizidis, Abdulla Abdullayev (74 kq) isə xorvatiyalı Dino-Dominik Sumpor ilə qarşılaşacaq.

Şose velosipedi yarışında isə ölkəmizi Elçin Əsədov təmsil edəcək.

Qeyd edək  ki, Azərbaycan idmançıları  Avropa Oyunlarında 1 gümüş,  3 bürünc medal qazanıblar. Komandamız medal sıralamasında 10-cu pillədə qərarlaşıb.

 


Etiketlər:  Avropa Oyunlarında gün yarışacaq idmançılarımız


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ