Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2020 11:20
ABŞ-ın birinci liqasında (USL) 6-ci turun oyunları keçirilib.
Qol.az xəbər verir ki, milli komandamızın futbolçusu Rüfət Dadaşovun formasını geyindiyi "Finiks Rayzinq" "Nyu Meksiko"nu qəbul edib. Matç meydan sahiblərinin 5:2 hesablı qələbəsi ilə başa çatıb.
Rüfət oyuna start heyətdə daxil olub və 69-cu dəqiqədə əvəzlənib. O, 22-ci dəqiqədə komandasının 2-ci qolunu vurub.
Bu, futbolçumuzun mövsümdəki 5-ci qolu olub.
Qeyd edək ki, "Finiks Rayzinq" hazırda 13 xalla B qrupunda 1-cidir.